Prezident 5 milyon manat ayırdı
16:29 13 Noyabr 2019
Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az -ın xəbərinə görə, sərəncamda bildirilib ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.
Oxunub: 350
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Əfv sərəncamının icrasına başlanılıb
- Azərbaycanda iki rayon məhkəməsi ləğv edilir - SƏRƏNCAM
- Prezident Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
- Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb - SƏRƏNCAM
- Prezidentdən korrupsiya ilə bağlı mühüm SƏRƏNCAM
- Prezident SƏRƏNCAM İMZALADI
- Prezident sərəncam imzaladı