MSK “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
18:18 13 Noyabr 2019
Mərkəzi Seçki Komissiyası(MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş”kitabçası hazırlayıb.
MSK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq və onlara metodiki kömək göstərməkdir. Nəşrdə müşahidə aparılmasının prinsipləri, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında tərtib olunub.
“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Oxunub: 491
Oxşar xəbərlər
- MSK-ya sədr, sədr müavini seçilib
- MSK-nın yeni tərkibinin üzvlüyünə namizədlər - SİYAHI
- MSK-nın tərkibi yenidən formalaşdırılır
- MSK-ya ayrılan vəsaitin həcmi və təyinatı məlum olub
- MSK-ya yeni sədr seçildi - Naxçıvanda
- MSK yenidən formalaşdırılacaq
- MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
- MSK Yadigar Sadıqlının şikayətini təmin etmədi
- MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
- MSK-ın iclası başladı