AFFA 6 futbolçunu cəzalandırdı


18:42     13 Noyabr 2019 19_11_13_1573651130.jpg

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.

Femida.az -ın məlumatına görə, keçmiş futbol hakimi U-13 Liqasında “Azəri TİM” ilə matçın 15-ci dəqiqəsində aqressiv davranışlara görə cəzaya məruz qalıb.

Region Liqasında “Şirvanovka” klubunun futbolçusu Kamil Nurəhmədov "Uğur"la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. Eyni çempionatda çıxış edən "Babək"in oyunçusu Əli Sadıqov "Dübəndi" (Ordubad) ilə görüşdə hakimə qarşı qeyri-etik ifadələrə görə eyni sayda cəzaya məruz qalıb.

Gənclər Liqasında "Qəbələ"dən Əli Mürsəlov "Keşlə" ilə matçda eyni hərəkətləri təkrarlayıb və 4 oyunluq cəzalandırılıb. U-17 liqasında "Tufan"ın iki üzvü - Rəvan Quluzadə və İsgəndər Paşalı referini təhqirə görə analoji cəzaya məruz qalıb.

Açar sözlər:

Oxunub: 482