Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi


19:12     13 Noyabr 2019 19_11_13_1573651387.jpg


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 148