Bu il 934 şəhid ailəsi və əlilə mənzil veriləcək


19:25     13 Noyabr 2019 19_11_13_1573651549.jpg


Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzillə təminatı yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı Prezidentin müvafiq sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.


Femida.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

Nazir bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran şəxslərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq nazirliyə təqdim edilib.

S.Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Növbəti il bu proqram daha da genişləndiriləcək. 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsi qarşıda məqsəd qoyulub”.

Femida.az

Açar sözlər: #şəhid   #əlil  

Oxunub: 714