Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək


17:31     13 Noyabr 2019 2019/11/b0d71a59-a9c5-4b2c-96ab-8889da369a89_1573651961.jpg


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün müşahidəçilər göndərəcək.


Qurum Azərbaycan MSK-dan artıq dəvət alıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Azərbaycandakı bələdiyyə seçkilərini mütləq müşahidə edəcəklər. Azərbaycana neçə müşahidəçinin göndəriləcəyi barədə hələlik qərar qəbul edilməyib.

Qeyd edək ki, ötən gün Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bələdiyyə seçkilərində müşahidəçilərin iştirakı ilə bağlı 15 ölkənin MSK-sına dəvətlər göndərildiyini bildirib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 123