Rüşvət almaqda təqsirləndirilən gömrük əməkdaşı azadlığa buraxıldı
19:53 13 Noyabr 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi iclası başa çatıb.
Femida.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Əsədov şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.
O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 184
Oxşar xəbərlər
- Gömrükdən 304 kq heroin keçirmək istəyən şəxs tutuldu
- “Gömrük komitəsinin ləğvindən söhbət gedə bilməz” - Səfər Mehdiyev
- Gömrükdə sıxlıq: Yüzlərlə maşın sərhəddə qaldı - FOTO
- Azərbaycan bu il 1,8 milyard dollarlıq qaz ixtrac edib
- Gömrük Komitəsinin avtomobilləri 266 min manata təmir olunacaq
- DGK sədri və müavinləri vətəndaşlarla görüşəcək
- DGK 2 milyon manatlıq dərmanlarla bağlı təfərrüatları açıqladı
- DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb
- Gömrükçülər inşaat materiallarının ölkəyə gətirilməsinin qarşısını aldı
- İrandan gələn qadını xəstəxanaya apardılar - Bağırsağından narkotik çıxdı