Bu müəllimlərin maaşı artırıldı
17:52 13 Noyabr 2019
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.
"Qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb.
Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı 2 dəfə artırılıb.
Femida.az
Oxunub: 2622
Oxşar xəbərlər
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Ağır qəzaya düşən müəllim xəstəxanada ÖLDÜ - FOTO
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib