Ali Hərbi Məktəbdə treninq keçirilir


20:15     13 Noyabr 2019 2019/11/60E6EA00-2838-47AA-A440-8CEB829CB8CD_1573657678.jpeg

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, Müdafiə Təhsilinin genişləndirilməsi Proqramı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə treninq keçirilir.

Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Ali Hərbi Məktəbdə xarici dillər üzrə ixtisaslaşan mütəxəssislər üçün təşkil olunan “Peşəkar hərbi təhsil üzrə aktiv öyrənmə” adlı treninqdə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Treninq noyabrın 15-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 411