Xurma ağacından yıxılan qadın öldü
20:33 13 Noyabr 2019
Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Femida.az-ın məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 453