Dənizə düşən şəxs xilas edildi


21:07     13 Noyabr 2019 big_1404314237_bogulma.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Femida.az-a verilən məlumata görə dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 476