Nazir müavi müəllim və şagirdlərlə görüşüb
21:57 13 Noyabr 2019
Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrə səfəri çərçivəsində Zərdab rayonunda olub.
Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, M.Vəliyeva Zərdab rayonu Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə yaradılan şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.
Sonra 2019-2020-ci tədris ilindən rayonun ümumtəhsil məktəblərində işə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə M.Vəliyeva məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, həmçinin müəllim peşəsinə marağın artmasından və müəllim əməyinə verilən dəyərdən danışıb.
Nazir müavini çıxışının sonunda müəllimlərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Görüş iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib