Bu il evlənmək istəyən 126 nəfərdə QİÇS aşkarlanıb
09:13 14 Noyabr 2019
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1979 nəfərdə sifilis xəstəliyi, 581 nəfərdə İİV/QİÇS, aşkar edilib.
Bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, indiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 228 cütlük aşkar edilib.
Z.Əlimirzəyeva əlavə edib ki, 2015-ci il iyun ayının 1-dən indiyədək nikaha daxil olmaq üçün 616 076 nəfər insan qan müayinəsindən keçib. Yalnız bu ilin yanvar-oktyabr ayları ərzində 116 263 nəfər qan müayinəsinə cəlb olunub. Onların 3018 nəfərində talassemiya daşıyıcılığı, 126 nəfərində İİV/QICS, 251 nəfərində isə sifilis xəstəliyi aşkar edilib. Bu ilin 10 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 39 cütlük prenatal müayinəyə cəlb olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.
İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar. / Trend
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- 11 yaşlı qızı nişanlayan ailəni hansı məsuliyyət gözləyir? - QANUN
- Azərbaycanda orta evlilik yaşı artıb
- Əcnəbi vətəndaşlar Azərbaycanda necə evlənə bilər? - NİKAHIN QAYDALARI
- Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü
- Evlənmək istəyən 24 nəfərdə HİV, 290 nəfərdə talassemiya AŞKARLANDI
- Bu agentlik 150 manata həyat yoldaşı tapır - Azərbaycanda qeyri-adi xidmət
- Ötən il Azərbaycanda 14 minə yaxın cütlük boşanıb - RƏSMİ
- 18 yaşı tamam olmamış 1 oğlan, 317 qız evlənib - Son bir ildə
- Cəmiyət boşanmış qadınla evlənməyə necə yanaşır? - Bakıda SORĞU
- 11 yaşlı oğlan 14 yaşlı qızla evləndi - Rusiyada