"Təqaüdçülər avtobuslardan pulsuz istifadə etsin" - Deputatdan təklif
09:51 14 Noyabr 2019
“Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.
Femida.az Report-a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib.
“Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub.
Lakin yaşlı vətəndaşlar üçün, demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur.
Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”, - deyə Elmira Axundova bildirib.
Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini də səsləndirib:
“Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin.
Yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Misal olaraq, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar.
Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir