Dərsdən çıxarıldığı üçün qrup yoldaşlarını güllələdi: Ölən var (VİDEO)


10:14     14 Noyabr 2019 19_11_14_1573712164.jpg

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.


Femida.az REN TV-yə istinadən xəbər verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib.

Belə ki, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub.

Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.


Açar sözlər:

Oxunub: 241


Oxşar xəbərlər