Piyadanı vurub öldürən sürücü qaçdı


14:45     21 Noyabr 2015 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_1.jpeg

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.


Hadisə Ələt-Astara magistralının 129-cu kilometrliyində, yolun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Günəşli kənd sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Nadir oğlu Əliyevi vuraraq hadisə yerindən qaçıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış N. Əliyev xəstəxanaya aparılarkən yarı yolda dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb./apa/

Açar sözlər:

Oxunub: 987