“Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər” - Nuşirəvan Məhərrəmli


11:01     14 Noyabr 2019 nusirevan_meherremli_041.jpg

“Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən mütəmadi olaraq radiolarla bağlı monitorinqlər aparılır. Bəzən xüsusi hallarda, məsələn, ictimai narazılıq yaranan zaman biz ayrıca olaraq, müəyyən dövr üçün xüsusi monitorinq aparırıq”.

Femida.az xəbər verir ki, bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, son zamanlar Şurada telekanalların və radioların rəhbərləri ilə mütəmadi görüşlər keçirilir: “Telekanallarla bərabər, radiolarda da olan problemlərlə bağlı onlara öz tövsiyələrimizi çatdırırıq. Bəzən radio aparıcıları efir mədəniyyətindən kənar hərəkətlərə yol verirlər. Xüsusən də bu, canlı bağlantılar zamanı özünü göstərir. Elə radiolar var ki, orada ümumiyyətlə hər hansı qanun pozuntusuna yol verilmir. Azərbaycan radiosu mənim ən çox sevdiyim radiolardan biridir. Lakin kommersiya xarakterli radiolarda reytinq toplamağa çalışırlar və bunun üçün müəyyən orijinallıq axtarırlar. Bu da onların verilişlərində öz keyfiyyətini göstərir. Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər, ifrat dərəcədə sərbəstlik, açıq-saçıq danışıqlar müşahidə olunur. Xüsusən gənc aparıcılar ləhcə ilə danışmağa üstünlük edirlər. Bunlar qəbuledilməzdir. Təbii ki, biz bununla bağlı mütəmadi olaraq radionun rəhbərliyinə məlumat veririk, müvafiq xəbərdarlıq edilir. Biz nöqsanların aradan qaldırmasına çalışırıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 143