Bakıda zibil qutularının sayı artırılır - FOTOLAR


11:18     14 Noyabr 2019 2019/11/802120_03_4721148228.jpg

Bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir.


Bakı Şəhər İcra Hakimiyyətindən Femida.az-a verilən məlumata görə, Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilb. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.



Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş "Mott MacDonald" şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçiləri Artur Guasti və Nik Vilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib.



Bildirilib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.

"Mott MacDonald" şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirilməsini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildirib.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru İlqar Hüeynov bildirib ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb:

"Layihənin icrasında kiçik, çox da vacib olmayan problemlər olur, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Bu istiqamətdə işlər gündəlik davam edir".



Femida.az

Açar sözlər:

Oxunub: 161