AMEA: Xəzər dənizinin səth suyunun temperaturu artıb
11:30 14 Noyabr 2019
Azərbaycan Milli Elmlər Akademiyasının akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının növbəti birgə iclası keçirilib.
AMEA-dan Femida.az-a verilən xəbərə görə, iclasda Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyevin peyk məlumatlarına əsasən Xəzər dənizinin səth sularında temperaturun tədqiqi üzrə elmi tədqiqat işi müzakirə edilib. Məruzəçi eyni adlı məruzəsində Xəzər dənizinin səth sularında orta aylıq, mövsümü, illik və çoxillik temperatur paylanmalarının gedişatı, onları xarakterizə edən xəritələrin tərtib edildiyi haqqında geniş məlumatlar verilib. Çıxışda 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturunun 0.350 C, ildə isə orta hesabla 0,0230 C artığı qeyd edilib.
Sonra İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 7-8 noyabr tarixlərində Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda keçirilən elmi-praktiki konfrans haqqında məlumat verib. Konfransın işi Şura üzvləri tərəfindən müsbət qiymətləndirilib.
Femida.az
Oxunub: 375
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"