Energetika naziri Qazaxıstana səfər edəcək
11:43 14 Noyabr 2019
Noyabrın 15-16-da Qazaxıstanın Almatı şəhərində Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk Regional sammit keçiriləcək.
Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, sammitdə Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək. Energetika nazirinin sammitin açılışında çıxışı, eləcə də “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrdə iştirakı nəzərdə tutulub.
Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.
Tədbirdə hökumət, donor təşkilatları, biznes dairələri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət 300 nümayəndənin iştirakı gözlənilir.
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib
- Energetika naziri “ACWA Power” şirkətinin rəhbəri ilə müzakirələr aparıb
- Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub
- Energetika naziri Türk Şurasının Baş katibi ilə görüşüb
- Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə etdi
- Energetika Nazirliyinə yeni səlahiyyət verildi
- Energetika Nazirliyində inzibati xətalarla bağlı 272 işə baxılıb