İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib


11:51     14 Noyabr 2019 trend_allahshukur_pashazade_13100-660x400.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib.


Femida.az-ın xəbərinə görə, Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilir.

Femida.az

Açar sözlər: #Heydər_Əliyev   #Orden  

Oxunub: 441