Prezidentin tapşırığı ilə bu şəxslərə evlər verildi - FOTOLAR
11:54 14 Noyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən Femida.az-a məlumat verilib.
Verilən məlumata görə, bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.
Mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır.
2018-ci ildə nəzərdə tutuldğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub.
2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib.
Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.
Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər.
Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Oxunub: 686
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- İyunun 9-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək