Dələduz "makler" məhkəmə zalında həbs edildi
12:08 14 Noyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.
"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.
M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. / Report
Femida.az
Oxunub: 381
Oxşar xəbərlər
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Dələduzluqda təqsirləndirilən şəxs bəraət aldı - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Dələduzluq yolu ilə 15 min alan “vəzifəli şəxs” tutuldu - Məhkəməsi başlayır
- Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
- Dələduzlar bankların logo və adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
- Dələduzluqda ittiham olunan sabiq prokurorun işi icraata verilib
- Dələduzluqda ittiham olunan qadına bəraət verilib
- Dələduzluqda ittiham edilən sabiq polisin "çoxsahəli fəaliyyəti" - MƏHKƏMƏ
- Dələduzluqla sığorta ödənişi tələb edən şəxslər ifşa olunub