Tikinti şirkətlərinin vergi ilə bağlı bu hüququ ləğv ediləcək
12:26 14 Noyabr 2019
"Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər".
Femida.az-ın məlumatına görə, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bağlı müzakirələr zaman deyib.
Komitə sədri bildirib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.
Femida.az
Oxunub: 516
Oxşar xəbərlər
- Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb
- Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edilib
- Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Bakıda məktəblərin tikintisi və təmirinə 15,6 milyon manat ayrılıb
- Prezident Daşaltıya gedib, tunellərin tikintisi ilə tanış olub