Bakıda evdən 20 min manatlıq oğurluq olub


13:26     14 Noyabr 2019 19_11_14_1573722652.jpg

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat və 2300 ABŞ dolları, habelə 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 136