“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib


13:45     14 Noyabr 2019 2019/11/8a9d85bf-dc55-415a-9cbd-929a9cc0b26e_1573722993.jpg

“Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb.



Qurumdan Femida.az- a verilən məlumata görə, "Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin 2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib.

Məlumata görə, elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabr ayının 15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı işə qoşulacaq.

Xatırladaq ki, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 557


Oxşar xəbərlər