Azərbaycan Prezidenti: “Bakı Prosesi unikal əməkdaşlıq formatıdır”
13:22 14 Noyabr 2019
“Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarında 100-dən çox ölkə təmsil olunurdu, mindən çox idmançı, məşqçi iştirak edirdi”.
Femida.az -ın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, İslam Həmrəylik Oyunlarının dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu var: “Keçən il biz Bakı Prosesinin 10 illiyini qeyd etmişik. Bakı Prosesi mənim təşəbbüsümlə başlanmış prosesdir və bu gün geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT Bakı Prosesini dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Nədəniyyət nazirlərinin toplantısı keçirilib. Biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək. Beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzvdür. Biz bu imkandan istifadə edib Bakı Prosesinə start verdik. Bu gün beynəlxalq aləmdə Bakı Prosesi çox yüksək qiymətləndirilir. Bakı Prosesi, doğrudan da, unikal əməkdaşlıq formatıdır”.
Oxunub: 377
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"