Şəmkirdə iki "VAZ" toqquşdu, ölən var


14:34     14 Noyabr 2019 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Şəmkir rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 13-də saat 21 radələrində Şəmkir rayonunun Çaparlı kəndi ərazisində rayon sakinləri R.Məhərrəmovun və A.Məhərrəmovun idarə etdikləri “VAZ-2107” markalı 2 avtomobil toqquşub. Nəticədə R.Məhərrəmovun sərnişini olan atası Rəhim hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 451