Ərdoğan Allahşükür Paşazadəni təbrik edib


15:07     14 Noyabr 2019 19_11_14_1573729732.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40-cı illiyi münasibəti ilə təbrik edib.


Femida.az xəbər verir ki, təbrik məktubunu Bakıda Dünya dini liderlərinin II Sammitində Türkiyə Dəyanət İşlərinin sədri professor, doktor Ali Erbaş oxuyub.

“Dəyərli dostum, qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək qiymətləndirməsi ilə doğumunuzun 70 və şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibəti ilə keçirilən tədbirin uğurla başa çatmasını arzu edirəm”, - təbrikdə vurğulanıb.

Ərdoğan belə bir məsuliyyətli vəzifəni uğurla həyata keçirdiyi üçün Şeykülislam Allahşükür Paşazadəni təbrik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 447