Müsavat və ReAl-çılar bir-birilərini təhqir etdi - SƏBƏB
15:46 14 Noyabr 2019

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müsavat Partiyası başqanının müavini Səxavət Soltalının yazdığı status ReAl-çıları bərk hiddətləndirib.
Femida.az xəbər verir ki, S.Soltalı "Facebook"da belə yazıb: "Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!".
Bu statusa ReAl Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Belə ki, ReAl partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır".
S.Soltanlı isə yazıb ki, deyilənlər şər-böhtandır. ReAl-çı D.Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar" - deyə cavab verib.
Ardınca Müsavat və ReAl üzvləri bir-birilərini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.
Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Müsavat Partiyasının funksioneri jurnalisti məhkəməyə verdi
- Müsavatın 15 nəfərlik piket cəhdi - FOTOLAR
- Bakı Şəhər Baş Polis İdarəsi Müsavatın piket cəhdi ilə bağlı açıqlama yayıb
- Polisdən Müsavat rəhbərliyinə XƏBƏRDARLIQ
- Müsavat funsksionerləri polisə çağırılıb
- BŞİH Müsavatın piketlə bağlı müraciətinə cavab verib
- Müsavatın 10 noyabr mitinqi keçirilməyəcək
- Müsavatın mitinq müraciətinə cavab verildi
- Müsavatdan Əli Kərimliyə mitinqlə bağlı SƏRT İRAD
- Müsavat Partiyasının qurultayı başa çatıb, Arif Hacılı başqan seçilib