Müəllimlərin əməkhaqqı artırılıb
16:20 14 Noyabr 2019
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.
Bu barədə Femida.az- a Təhsil Nazirliyindən məlumat verilib.
Qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb.
Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı 2 dəfə artırılıb.
Oxunub: 578
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"