YAP Heydər Əliyevin məzarını ziyarət etdi


15:23     21 Noyabr 2015 20130709_S4170007.JPG

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı partiyanın icra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.


Femida.az -ın məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

Rəsmilər daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Açar sözlər:

Oxunub: 2076