Ali Erbaşdan Bakıda dünya liderlərinə ÇAĞIRIŞ


16:32     14 Noyabr 2019 2019/11/senbe_1573734926.jpg

"Dünya Dini Liderlərin II Bakı Sammitində dünyada mövcud olan problemləri, xüsusilə də savaş, terror fəaliyyətləri, yer üzündə insanların aclıqdan əziyyət çəkməsi kimi önəmli məsələləri həll etmək, onları aradan qaldırmaq üçün atılacaq addımlarla bağlı dünya dini liderləri arasında müzakirələr aparılır".


Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin Dəyanət Vakfının başkanı Ali Erbaş II Bakı Sammiti ilə bağlı fikirlərini bölüşərkən deyib.

II Bakı sammitinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadənin 70 illik yubileyi və fəaliyyətinin 40 illiyinə həsr olunan təbrik məktubunu gətirdiklərini deyən A. Ərbaş sammit çərçivəsində aparılacaq müzakirərdə iştirak edəcəklərini söyləyib.

O bildirib ki, Mövlud həftəsi olduğunu nəzərə alaraq Türkiyənin Dəyanət Vakfı şənbə günü Bakıda bununla bağlı xüsusi proqram hazırlayaraq Peyğəmbəri anacaq: " Peyğəmbərimizin insanlara verdiyi önəmi aşılaycağıq, bu haqda geniş məlumat verəcəyik. Hesab edirəm ki, buna ehtiyac var".

A.Erbaş qeyd edib ki, bütün ölkələrin, xüsusilə də müsəlman ölkələrindən sammitdə itirak etmək üçün Bakıya gələn dini liderlərə Qurani-Kərimin barış məqsədlərini anlatmaq, pisliklərdən uzaq olmaqla bağlı tövsiyələrimizlə yanaşı, xüsusilə də terror hadisələrinə yardım edən insanlara mesajımız olacaq: "Terrorun dini, inancı olmaz. Terror hər kəs üçün zərərlidir. Xüsusilə də Türkiyə olaraq biz artıq uzun illərdir ki, PKK, İŞİD, FETO ilə terrora qarşı mübarizə aparırıq. Bu mübarizəmizdə bütün dini liderlərin ölkəmizin yanında yer almalarını və terrora qarşı fəaliyyətimizi dəstəkləmələrini istəyirik. Bununla bağlı mesajımızı II Bakı sammitində hər kəsə çatdırmağa çalışacaq, sizin vasitənizlə mesajın ünvanlarına çatacağına ümid edirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 561