Zərdabda marixuana aşkarlandı


16:37     14 Noyabr 2019 marixuana1_14.jpg

Zərdabda 5 kq-dan artıq marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 531