Gəncədə axtarışda olan şəxsin öldüyü məlum olub


18:29     14 Noyabr 2019 polis.jpg

Gəncədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 22-də rayon ərazisindəki evlərin birindən 2259 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.


Femida.az xəbər verir ki, Ü.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi olan digər şəxslə (bu il vəfat edib) bir mağazadan 300 manat, orada quraşdırılmış ödəmə terminalından isə 456 manat oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 186