Piyadanı vurub qaçan sürücü tutuldu


17:14     14 Noyabr 2019 2019/07/hebs_yeni-cinayet_1563605967.jpg

Noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.


Femida.az DİN-ə istinadən xəbər verir ki, nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

Femida.az

Açar sözlər: #Piyada  

Oxunub: 396