Bəhreyndə ara qarışdı - Polis onlarla fəalı saxladı


18:45     14 Noyabr 2019 2019/11/1573735219_1573736804.jpg

Bəhreynin paytaxtı Manama şəhərində siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirilib. Aksiya bu gün günorta saatlarında baş tutub və yüzlərlə insan nümayişə qatılıb.


Verilən məlumatlarda diqqətə çatdırılır ki, polis nümayişçilərə göz yaşardıcı qaz və təzyiqli su şırnaqları ilə müdaxilə edib. Qeyd olunur ki, çox sayda nümayişçi polis tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 411