Pentaqon: 600 ABŞ əsgəri Suriyada qalır


17:57     14 Noyabr 2019 2019/11/1573728675_1573736890.jpg

ABŞ prezidenti Donald Trampın ABŞ qoşunlarının Suriyadan tam çıxarılması ilə bağlı verdiyi vədlərin əksinə olaraq, ABŞ Müdafiə naziri Suriyada 600 əsgərin qalacağını söyləyib.



Bu barədə "France24" saytı məlumat yayıb. Məlumata görə, ABŞ Müdafiə naziri Mark Esper dünən verdiyi açıqlamasında, ABŞ prezidenti Donald Trampın son zamanlarda ABŞ qoşunlarını Suriyadan çıxarmaq vədinə zidd olaraq Vaşinqtonun Suriyada 600 əsgəri saxlamağa davam edəcəyini açıqlayıb.

"Suriyanın şimal-şərqindən hələ də qoşunlarımızı çıxartmaqla məşğuluq. Orada təxminən 500-600 əsgər saxlaycağıq" - deyə Mark Esper bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 162