Deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcək


17:54     14 Noyabr 2019 milli-meclis.jpg

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar.


Femida.az bildirir ki, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.

Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Femida.az

Açar sözlər: #Deputatlar   #Belarus  

Oxunub: 164