Bakıda 8 evdən oğurluq edilib


17:25     14 Noyabr 2019 ogru%20n9.jpg


Binəqədi Rayon Polis İdarəsinin 6-cı və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 5 min manat və 2300 ABŞ dolları, habelə 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları rayondakı bir avtomobildən 6 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramovu yaxalayıblar.

Oğurluq etdiyinə görə tutulan A.Əliyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayondakı altı evdən pul, qızıl və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #oğru  

Oxunub: 344