Azərbaycanla Qazaxıstan arasında miqrasiya sazişi təsdiqləndi


17:36     14 Noyabr 2019 19_11_14_1573738630.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.


Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

Femida.az

Açar sözlər: #Miqrasiya   #Qazaxıstan  

Oxunub: 149