Salyanda yolu keçən qadını maşın vuraraq öldürüb


20:13     14 Noyabr 2019 19_11_14_1573745574.jpg

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1950-ci il təvəllüdlü Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən Salyan-Şirvan marşrutu üzrə işləyən mikroavtobus vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 390