Bakı sakinlərinə ŞAD XƏBƏR: Sabahdan başlayır... - VİDEO
20:42 14 Noyabr 2019
Noyabrın 1-dən etibarən dağ rayonlarında istilik sistemləri fəaliyyətə başlayıb. Sabahdan isə bütün ölkə üzrə mənzillərə istiliyin verilməsinə başlanılacaq. Bunu "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev deyib. O, bildirib ki, əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Lakin hələlik qiymətlərdə artım gözlənilmir.
Bu mövsümdə istiliyin verilməsi ilə bağlı heç bir problem olmayacaq.
Bunu "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, noyabrın 1-dən etibarən dağ rayonlarında istilik sistemləri fəaliyyətə başlayıb. Sabahdan isə bütün ölkə üzrə istiliyin verilməsinə başlanılacaq. Mövsüm ərzində 3850 yaşayış binası, 190 minə yaxın mənzil, 290 məktəb,150 uşaq bağçası, 160 səhiyyə obyekti və 1600-ə yaxın digər sosial obyekt istiliklə təmin olunacaq. Bu il də qurumun "Azəriqaz" İstehsalat Birliyinə borcu var. Bu borc əhaliyə təsir etməyəcək və istiliyin verilməsində problem yaranmayacaq.
İlham Mirzəliyev istiliyin satış qiymətinə də toxunub. Qeyd edib ki, ölkədə əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. İstiliyin satış qiyməti tarif şurası tərəfindən müəyyən edilir. Hazırda yaşayış yerinin isidilməsi 1 kvadratmetr üçün 15 qəpikdir. Tariflərin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Lakin, qiymətlərdə artım gözlənilmir.
İlham Mirzəliyev vurğulayıb ki, paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb. Bunlardan bəziləri 60-cı illərə aid binalardır. Onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəziləri isə xüsusi mülkiyyətçilərə aiddir.
Oxunub: 791
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR