Gəncədə yol qəzası: ölən və yaralananlar var


20:50     14 Noyabr 2019 2019/11/2e9fda7a-0ac8-4cc4-870a-0fd4efec6db8_1573748357.jpg

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.


Şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə zamanı Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Sənan Səyyad oğlu Qurbanov ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri sərnişin 1993-cü il təvəllüdlü Fərid Rasim oğlu Əliyevdir. Digər iki nəfərin adı isə hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 529