Almaniyada azərbaycanlı mühacirə aid restoran və mənzillərdə axtarışlar aparılıb
21:58 14 Noyabr 2019
Almaniya polisi “Mühacir alveri”nə görə həbs edilən Azərbaycan vətəndaşına məxsus restoran və evlərdə axtarışlar aparıb.
“Report”un Avropa bürosunun məlumata görə, növbəti yoxlama uzun illərdir Almaniyada mühacir həyatı yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərova məxsus Koblenz şəhərində yerləşən restoranda baş tutub. Federal kriminal polis iaşə müəssisəsinin kassasındakı istintaq üçün zəruri olan sənədləri aktlaşdıraraq götürüb.
Eyni zamanda E.Əkbərova məxsus Reynland-Pfalts əyalətində yerləşən mənzillərdə də axtarış aparılıb. Nəticədə Azərbaycanın hüquq-mühafizə orqanlarına aid saxta möhür, ştamp, əvvəlcədən hazırlanmış saxta arayış formaları və nağd pul istintaq üçün yararlı hesab edilərək müsadirə edilib.
Qeyd edək ki, Koblenz Federal İdarə Məhkəməsi E.Əkbərovun şübhəli şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində 6 aylıq həbs qətimkan tədbiri seçib.
Xatırladaq ki, ötən gün Almaniya federal kriminal polisi mühacir alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib. Ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edilib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin üzvlərindən 7-si saxlanılıb.
Oxunub: 506
Oxşar xəbərlər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb
- Almaniyada "omikron" ştamından ilk ölüm qeydə alınıb
- Almaniyada koronavirusun yeni “omikron” ştamı aşkarlanıb
- Almaniyada klinikalara kömək üçün 12 min hərbçi səfərbər ediləcək
- Almaniyada təyyarə qəzaya düşdü, ölənlər var