Bakıda ikimərtəbəli evdə yanğın olub, 1 azyaşlı xilas edilib


21:43     14 Noyabr 2019 19_11_14_1573750203.jpg

Bakının Xəzər rayonunda yanğın baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Yanğın zamanı evdə olan 1 azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 446