Bakıda yanğın: 11 nəfər zəhərləndi, 5-i uşaqdır


09:04     15 Noyabr 2019 19_11_15_1573794924.jpg


Bakının Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Səhiyyə Nazirliyi Bakıda yanğınla əlaqəli xəstəxanaya gətirilənlərin durumu ilə bağlı məlumat yayıb.

Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Femida.az

Açar sözlər: #yanğın   #FHN  

Oxunub: 449