Mopedlə "Hyundai" toqquşdu - İraq vətəndaşı yaralandı


09:23     15 Noyabr 2019 19_11_15_1573795831.jpg


Bakıda İraq vətəndaşı qəzada yaralanıb.

Femida.az-ın məlumatlna görə, ötən gün saat 22:25-də Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində Maxsudov Elvin Nəriman oğlunun idarə etdiyi Hyundai Elantra markalı, 90 UN 948 dövıət qeydiyyat nişanlı avtomobillə 01.09.1997-ci il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı Rəsulov Məhərrəm Əflatun oğlunun idarə etdiyi nömrəsiz moped ilə toqquşub.

Baş vermiş hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilin sürücüsü Elvin Maxsudov qarnın və onurğanın küt travması, həmin avtomobildə sərnişin qismində olan İraq vətəndaşı, 19.09.1970-ci il təvəllüdlü Mustafa Khalil Alousfor bazu sümüyünün yerdəyişən sınığı , mopedin sürücüsü Məhərrəm Rəsulov isə sağ çiyinin əzilməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 514