Uşaq evində yaşayan məktəbli qız itkin düşdü


09:57     15 Noyabr 2019 2019/11/2c3cc648-632a-48ed-99f2-99ff48bb731f_1573797501.jpg


Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.


Hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.

O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #məktəbli  

Oxunub: 408