Dayısının evində yaşayan 24 yaşlı oğlan itkin düşdü


10:07     15 Noyabr 2019 itkin%20düşüb.jpg


Bakıda 24 yaşlı oğlan itkin düşüb.

Femida.az xəbnər verir ki, ötən gecə saat 01:15-də Bakı şəhəri, Xətai rayonu, İ.Abbasov küçəsi ev 38 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Həsənov Rahim Səməd oğlu ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan bacısı oğlu 1995-ci il təvəllüdlü Hüseynquliyev Emin Yaqub oğlu 01.11.2019-cu ildə saat 11 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #itkin  

Oxunub: 377